Kişini necə əldə etməli?

Bəyəndiyinizn kişinin sizə diqqət etmsini istəyirsinizsə, yazılanlara əməl edin. Məsləhətlər sayəsində istədiyinizi əldə etmək mümkün olacaq.  Bəyənidiyiniz kişinin diqqətini çəkmək üçün işə nədən başlamağı düşünməlisiniz. İlk addım çətin olsa da, onun nələrdən xoşlandığını öyrənin və hərəkətə keçin. 

Yaxın olun 
Yaxın olmaqda məqsəd kişini daha asan ələ keçirmək və təsir qüvvəsini artırmaqdır. Fəqət, ona bu məqsədlə yaxınlşadığınızı qətiyyən hiss etdirməməlisiniz. Ona elə yaxınlaşmalısınız ki, gözləri sizi görə bilsin. Tək oturubsa, yanında da əyləşə bilərsiniz. Xoşunuz gəldiyi kişinin necə bir insan olduğunu bilmək üçün ona yaxınlaşmaq mütləqdir. Əks halda ruhunuzun və enerjinizin bir-birinizə uyğun olub-olmadığnı təxmin edə bilməyəcəksiniz. Əgər gedişat zamanı pozitivlik hiss etmisinizsə, hər şey yaxşı olacaq. 
Davamı →

Kişilərin çox bəyənib evlənmək istədiyi qadınlar

Hər bir qadın röyalarının kişisini tapıb evlənmək istəyir.  Lakin bu o qədər də asan deyil. Buna görə məsləhətlərə əməl edin və kişilərin ciddi münasibət qurmaq istədiyi qadınlar haqqında məlumata sahib olun. 

1. Öz həyatınız olmalıdır və öz ayaqlarınız üzərində durmağı bacarmalısınız. Sosial həyatını sevdiyi kişiyə görə qurmayan qadınlar güclü qadın imici yaradır. Bu isə kişiləri ən az xarici gözəllikləri qədər təsirləndirir. Üstəlik sadəcə sevgilinizlə deyil, ailəniz və dostlarınız da vaxt keçirmək münasibətləriniz üçün yaxşı olur. 
Davamı →

Kişi fobiyaları

kişi fobiyaları
1. «Bağlanmaq» qorxusu

Bir çox kişi bundan çox qorxur. Əlaqə güclü bir duyğudur. Onlar yalnız qadınlara deyil bir çox şeylərə bağlanmaqdan qorxurlar. Məsələn; çiçəyə, ev heyvanına… Əlaqə sözü kişi lekshikomunda 'dəhşət' sözünə sinonim sayılır.

2. «Seks əvvəli» qorxu
Onları doğru anlayın. Onlar seksin özündən qorxmurlar, bunu yaxşı edə bilməməkdən qorxurlar. Qadının onunla keçirdiyi vaxtdan zövq almamasından qorxurlar.  Bu da onlar üçün psixoloji bir təzyiq yaradır.

3.«Başqa bir kişi» qorxusu
Kişilər sevdikləri qadının həyatında başqa bir kişi peyda olacağından çox qorxurlar.
Ardı →

Kişilərin 15 yalanı

Sevgilinizin, ya da həyat yoldaşınızın heç yalan dediyini ağlınıza gəldimi?kişi yalanları

Əgər partnyorunuz “heç vaxt yalan danışmıram” deyirsə, ona qətiyyən inanmayın. Çünki kişilərin tez-tez dedikləri yalanlar var.

Üzr istəyirəm
Bu cümləni bütün kişilər istifadə edir. Kişilər əsəbi halda olan sevgililərini bu cümləylə sakitləşdirməyə çalışırlar.

Ananı çox sevirəm
Bəzən bir qadının ürəyini fəth etməyin ən böyük açarı onun ailəsidir. Kişilər də sevməsələr belə bu cümləni işlətməkdən çəkinmirlər. 

Romantik filmlərə bayılıram
Qadınların əksəriyyəti romantik olduğuna görə kişilər də bəzən özlərini belə göstərirlər. Guya onlar romantik olan hər şeydən xoşlanırlar. Əslində əksər kişilərin romantik filmlərdən zəhləsi gedir.

Bu ev artıq sənindir
İnanmayın. Çünki bu cümlə sadəcə birinci dəfə üçün keçərlidir. 


Ardı →

Kişilərin nifrət etdiyi qadın tipləri

1. Kişilər səliqəsiz və zövgsüz qadınları sevmir. Parfüm kişilərin ən zəif nöqtələrindəndir – kişilər pis qoxunun gəldiyi qadınlardan hər zaman uzaq qaçır.

2. Əsəbi, qışqıraraq danışan qadınlara kişilərdə antipatiya olur.

3. “Kişiləşmiş”, özlərini kişi kimi aparan qadınlarla da kişilərin arası olmur. Onlar yumşaq, zərif, incə qadınları sevir.

4. Kişilər ifrat dərəcədə makiyajdan, aksesuarlardan istifadə edən xanımları bəyənmir.

5. Güləş, boks, futbol kimi idman növləriylə məşğul olan qadınlar da bəyənilməyənlər sırasındadır.

6. Zəif, fədakar, qürursuz qadınları da bəyənmirlər. Kişlər daha çox dayanıqlı, dözümlü, sağlam düşüncəli qadınla bir yerdə olmağa üstünlük verirlər.

7. Sərxoş, normadan artıq içki qəbul edən, həmçinin şorgöz qadınlar kişilərin bəyənmədiyi xanımlar sırasındadır.

8. Kişilər yanlarındakı qadının başqa bir kişiyə diqqət göstərməsinə tab gətirə bilmir.

9. Kişilərin şopinqi sevən, vaxtının böyük hissəsini buna «xərcləyən», həmçinin kişilərin də onlarla birgə şopinqe getməsini istəyən qadınlarla arası olmur. Onlar şopinqi əlave xərc kimi dəyərləndirir.
Ardı →

Kişilərin uzaq gəzdiyi qadın tipləri

Qızların diqqətinə!

  • 62% oğlanlar uzun saçların qızların ən gözəl bəzəyi olduğunu deyir.
  • 80% kişi hesab edir ki, topuqlu ayaqqabı əsl faciədir.
  • Bütün oğlanlar sevgilisinin əlini, əlində saxlamaq istəyir. Odur ki, manikürə diqqət edin. Kişilərin 75 % hesab edir ki, dırnaqlar orta uzunluqda olmalıdır.
  • Kişilərin 92%-i qısa ətək və parlaq makiyaja nifrət edir. Bundansa, makiyajsız gəzmək daha yaxşı olardı.
  • Kişilərin 79%-i arıq qızlara üstünlük vermir. Onlar vurulduğu qadını olduğu kimi sevir.
  • Kişilərin 100%-i donların qıza yaraşdığını düşünür. Bu qızları əsl xanım kimi göstərir.
  • Heç vaxt dava və mübahisə çıxarma. Kişilərin 99 %-ni həyasız qadınlar qıcıqlandırır.

Davamı →

Tanışlıq üçün hiylələr


Kişilər qadınlarla tanış olmaq üçün bir çox hiylələrə əl atır. 

Qadınları hazırlıqsız yaxalamaq
Kişilərin qadınları hazırlıqsız yaxalamaq istəyi və ona nəcə gözəl görünürsən deyərək özünə bağlaması və yanından ayrılmaması bu hiylələrdən biridir. 
Ardı →

Ağıllı kişilər

Bu kişini əldə etmək çox çətindir. Çünki nə istədiyini və məqsədlərini çox yaxşı bilir. Duyğularını və məntiqini çox yaxşı idarə etməyi bacaran kişilər tez təslim olmur. Müdrik və ağıllı olduğu üçün qarşısında boş bir qadın görmək istəmir. 

Belə kişilər müzakirə aparan və söz dueli edə bilən qadınlardan xoşlanır. Davamlı diqqətdən sıxılır. Buna görə də qadının davamlı olaraq hisslərini danışmasından narahat olurlar. O sevginizi sizin davranış və hərəkətlərinizdən başa düşür. Ağıllı kişilər baxımlı və sadə olurlar. Onun üçün gözəllik çox vacib bir qavramdır. Günlük münasibətlərdən qaçar. Evlənməsə belə uzunmüddətli münasibətlərin tərəfindədir. 

Ağır, ciddi və lazım olanda zarafat etməyi bacaran qadınlardan xoşlanırlar. Özü də yüksək yumor hissinə malik olur. Buna görə də qadının zərif olması ilə yanaşı, zarafatcıl olmasının tərəfdarıdır. Səssiz və keyfiyyətli restoranlarda yemək yemək, bahalı içkilərdən dadmaq və həftə sonları idmanla məşğul olmaqdan xoşlanırlar. 

Gecə həyatı müəyyən çərçivədədir. Onu asanlıqla cəmiyyət və insanlar arasında görmək mümkün deyil. Bütün həyatını planlı şəkildə yaşadığı üçün proqramlı insan olur. Buna görə də sizdən də eyni şeyi istəyə bilər. Çox çətin bağlana bilər lakin bağlandığı zaman çox aşiq olarlar. Evliliyə və ailə qurmağa istəklidirlər.
Davamı →

Bu tip kişilər evdə qalır


Bəzən kişilər də evdə qalır. Necə? Kişilərin evdə qalma səbəbləri aşağıdakı kimi açıqlanır. 

1. Uğurlu karyerası var və çoxlu pul qazanır. 

2. Davamlı idmanla məşğul olur və kilosuna diqqət edir. 

3. Kişi baxım məhsullarına düşkündür və qırışlara dözə bilmir. 
Ardı →

Kişilərin diqqət etdiyi 7 xüsusiyyət

Səs
Səs tonu kişilərin diqqətini çəkən vacib xüsusiyyətlərdən biridir. Araşdırmalar göstərir ki, kişilər onların diqqətini çəkən və yüksək tonlu danışan qadınlardan xoşlanır. Bunun səbəbi həm genetik, həm də duyğusal baxımdan izah edilir. Çünki canlı və yüksək səs tonu gəncliyin, enerjinin bolluğunun və şən həyatın göstəricisidir.

Gözlər 
Gözlər digər bədən üzvləri ilə nisbətdə ən çox diqqət çəkən yerdir. Gözlərinizə çəkdiyiniz dumanlı göz makiyaj ilə daha cəlbedici görünə bilərsiniz.
Ardı →